XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

03 Yanvar 2018 - 21:24

ABŞ-da “Facebook”la canlı yayım edən qadın güllələnib- VİDEO

ABŞ sakini "Facebook" sosial şəbəkəsində canlı yayım edən zaman odlu silah yarası alıb.

“Report” xəbər verir ki, bu barədə WGN-TV telekanalı məlumat yayıb.

Bildirilir ki, hadisə yanvarın 2-də 27 yaşlı qadının park edilmiş avtomobilin salonunda olan digər həmcinsi ilə münaqişəsi zamanı baş verib. Mübahisə nəticəsində qızlar bir-birilərini qarşılıqlı olaraq təhqir ediblər, ardınca canlı yayım edən qadın güllə yarası alıb. Silahdan atəş açan qadın hadisə yerindən qaçıb.

Şahidlər əraziyə həkim və polis çağırıblar. Hazırda zərərçəkən xəstəxanadadır, onun həyatı üçün təhlükə yoxdur. Hüquq-mühafizə orqanları şübhəli şəxsin axtarışlarını davam etdirirlər.