XƏBƏR LENTİ

31 Oktyabr 2020

Digər Xəbərlər

04 Yanvar 2018 - 15:49

Rusiyalı siyasətçidən ABŞ-ın İrana qarşı yeni həmləsinə şərh:"Niyyət sabitlik əldə edilməsi deyil"

ABŞ-ın İranla nüvə razılaşmasının ləğvi və ona qarşı yeni sanksiyalar tətbiq etmək niyyəti stabillik və təhlükəsizliyin əldə edilməsinə yönəlməyib.

Bunu jurnalistlərə açıqlamasında Rusiya Dumasının Beynəlxalq Münasibətlər Komitəsinin sədri Leonid Slutski söyləyib.

“ABŞ İranla nüvə razılaşması çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyəcəyi ilə bağlı niyyətini nümayiş etdirir. İran öz üzərinə düşən öhdəlikləri icra edib. Tehran həmçinin Suriyada terrorizmlə mübarizədə mühüm rol oynayıb. Biz ABŞ-ın demokratik haqlar adı altında Yuqoslaviya, Liviya, İraq kimi dövlətləri yerüzündən sildiyini yaxşı xatırlayırıq. Bu dövlətlərin yerində indi nə var?” – deyə o bildirib/Axar.az.