XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Yanvar 2018 - 09:46

Şimali Koreya danışıqlara razı oldu –Seulla müzakirələr başlanır

KXDR gələn həftə yüksək səviyyəli danışıqların aparılmasına dair Cənubi Koreyanın təklifini qəbul edib.

APA-nın “Renhap” agentliyinə istinadən verdiyi xəbərə görə,  söhbət Seulun danışıqların yanvarın 9-da keçirilməsinə dair sonuncu təklifindən gedir. Danışıqlar zamanı Şimali Koreyanın Cənubi Koreyada keçiriləcək Qış Olimpiya Oyunlarında mümkün iştirakı və iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması məsələsinin müzakirə olunması planlaşdırılır.

Məlumata görə, hər iki tərəf sənədlərin mübadiləsi yolu ilə danışıqlara dair işçi məsələləri müzakirə etməyi qərara alıblar.  

Bundan əvvəl KXDR və Cənubi Koreya nümayəndələri arasında telefon danışığı keçirilib. Danışıq zamanı Şimali Koreyanın Qış Olimpiya Oyunlarında iştirakı məsələsi müzakirə edilib.