XƏBƏR LENTİ

28 Yanvar 2021

Digər Xəbərlər

06 Yanvar 2018 - 10:57

ABŞ-ın yeni hərbi strategiyası açıqlanacaq- Yanvarın 19-da

ABŞ müdafiə nazirliyi ölkənin yeni hərbi strategiyasını yanvarın 19-da açıqlayacaq.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın müdafiə naziri Ceyms Mettis bəyan edib.

Onun sözlərinə görə, ictimaiyyət yalnız sənədin qeyri-məxfi hissəsi ilə tanış ola biləcək. "Strategiyanın qısa və qeyri-məxfi variantı dərc ediləcək”, deyə C.Mettis qeyd edib.

2017-ci ilin sonunda ABŞ-ın yeni milli təhlükəsizlik strategiyası açıqlanıb. Sənəddə əsas diqqət Rusiya, Çin, KXDR, İran və Yaxın Şərqə yetirilib.