XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

06 Yanvar 2018 - 15:38

Hər beş yol polisindən biri işdən çıxarılacaq- Rusiyada

Rusiya prezidenti Vladimir Putinin Daxili İşlər Nazirliyində ixtisarlarla bağlı fərmanı Yol Hərəkəti Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyinin əməkdaşlarından da yan keçməyəcək.

Virtualaz.org bildirir ki, bu barədə qazeta.ru nazirliyin daxili əmrinə istinadən xəbər yayıb.

Bildirilir ki, hər beş yol polisi müfəttişindən biri ixtisar olunacaq. İxtisarlar yalnız iki bölməyə – qeydiyyat və imtahan şöbəsinin əməkdaşlarına şamil olunmayacaq.

DİN əməkdaşlarının son hədd sayının müəyyən edilməsi haqqında fərman dekabrın 31-də Rusiya lideri tərəfindən imzalanıb və mətni hüquqi informasiyalar dərc edən rəsmi internet portala yerləşdirilib.

Əvvəlki fərmanla müqayisədə DİN əməkdaşları 10 min nəfərə qədər ixtisar olunmalıdır. Habelə, kimlərin konkret olaraq ixtisar siyahısına düşəcəyi fərmanın mətnindən tam aydın olmur.

Sənədə görə, ixtisarın əsas yükü Yol Hərəkəti Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyinin əməkdaşlarının üzərinə düşəcək. Rusiyada YHTDM əməkdaşlarının ötən ilin payız aylarında 55 min nəfər olduğunu nəzərə alsaq, fərmanın qüvvəyə minməsi ilə faktiki olaraq hər beşinci yol polisi əməkdaşının işsiz qalacağını demək olar.

Moskvanın Polis Həmkarları İttifaqının rəhbəri Mixayil Paşkin, YHTDM-də kütləvi ixtisar siyasətinin həmin orqanda aparılan islahatlarla əlaqədar olduğunu bildirib. Bundan başqa, ittifaq rəhbəri əmin edir ki, fərman nəticəsində vakansiya ixtisar olunacaq, işçinin özü yox. Yəni bir çox bölmələrdə insanlar yox, “boş” qalan vəzifələr “kənarlaşdırılacaq”.