XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

06 Yanvar 2018 - 17:38

Tillerson:“ABŞ və Rusiya arasında çox mühüm danışıqlar aparılacaq”

ABŞ və Rusiya “Orta və kiçik mənzilli raketlərin ləğvi” haqqında müqaviləyə dair çox mühüm danışıqlar aparmağı planlaşdırır.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın dövlət katibi Reks Tillerson bəyan edib.

“İrəlidə bizi Strateji Hücum Silahlarının (SHS) azaldılması və “Orta və kiçik mənzilli raketlərin ləğvi” müqaviləsinə dair çox ciddi danışıqlar gözləyir”, deyə dövlət katibi vurğulayıb.

R.Tillerson müntəzəm məsləhətləşmələr və yaxud yeni təşəbbüslərin nəzərdə tutulduğunu dəqiqləşdirməyib.