XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 January 2018 - 20:44

Türkiyənin elm adamları Antarktidada qlobal istiləşməninsəbəblərini araşdıracaqlar

Türkiyə qlobal istiləşmənin səbəblərini araşdırmaq məqsədilə Antarktidaya 29 nəfərdən ibarət heyət göndərir.

Azərtac Anadolu Agentliyinə istinadla xəbər verir ki, bu qrup Türkiyə Prezident Administrasiyasının himayəsi ilə fevralın 26-dan etibarən fəaliyyətə başlayacaq. Tədqiqat aprelin 6-dək davam edəcək. Elmi tədqiqat qrupu 18 layihə üzrə çalışacaq.

Qeyd edək ki, bu, Türkiyə alimlərinin buzlu qitəyə ikinci elmi araşdırma səfəridir. Doqquz nəfərin iştirakı ilə baş tutan birinci səfər 37 gün çəkib.