XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

06 Yanvar 2018 - 21:09

Yaponiya hökuməti:"Şimali Koreyaya münasibətdə siyasəti dəyişməyəcəyik"

Yaponiya hökuməti bəyan edib ki, gələn həftənin ikinci gününə planlaşdırılan koreyalararası danışıqlara baxmayaraq, Şimali Koreyaya münasibətdə onun siyasəti dəyişməyəcək və bu ölkəyə qarşı maksimum təzyiqlər davam etdiriləcək.

Azərtac xəbər verir ki, bu barədə Şri-Lankada səfərdə olan Yaponiya xarici işlər naziri Taro Kono bəyan edib. Nazir bildirib ki, Yaponiya, ABŞ və Cənubi Koreya Şimali Koreyanın siyasətini dəyişməsi üçün ona təzyiqlər göstərilməsi məqsədilə əməkdaşlıq barədə razılığa gəliblər.

Xatırladaq ki, cari həftədə ABŞ və Cənubi Koreya fevral və mart aylarında Pxyonçxanda keçiriləcək Qış Olimpiya və Paralimpiya Oyunları zamanı hərbi təlimlərin dayandırılması barədə razılıq əldə ediblər.

Yaponiya nümayəndələri isə Cənubi Koreyanın oyunların uğurlu alınması və Şimali Koreya idmançılarının yarışlara qatılması barədə istəyini təsdiq ediblər.

Yaponiya Xarici İşlər Nazirliyinin yüksək səviyyəli nümayəndəsi bəyan edib ki, Şimali Koreya yaranan imkandan istifadə edərək Yaponiya, ABŞ və Cənubi Koreya arasında münasibətləri korlamağa çalışacaq.

Yaponiya Xarici İşlər Nazirliyinin Asiya və Okeaniya ölkələri üzrə departamentinin rəisi Kenci Kanasuqi gələn həftə iki ölkə arasında əməkdaşlıq əlaqələrini təsdiq etmək üçün Seula səfər edəcək.