XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

07 Yanvar 2018 - 12:40

Navalnı prezident seçkisinə buraxılmadı –Ali Məhkəmə qərarı qüvvədə saxladı  

Rusiya Ali Məhkəməsi müxalifət lideri Aleksey Navalnının mart ayında keçiriləcək prezident seçkilərində iştirakına mane olan qərarı qüvvədə saxladı.

Ali Məhkəmə Mərkəzi Seçki Komissiyasının kriminal hökmün mövcudluğuna görə Navalnının seçkidə iştirakı qadağısını dəyişdirmədi. Navalnı və onun tərəfdarları hökmün siyasi qərar olduğunu bildirir. Navalnı gələcək prezident seçkilərinə etiraz məqsədilə yanvarın 28-i Rusiyanın müxtəlif yerlərində nümayişlərin keçirilməsinə çağırış edib.

Sorğular deyir ki, hazırkı prezident Vladimir Putin martın 18-i keçiriləcək seçkilərdə növbəti altı illik prezidentlik müddətini qazanacaq. Navalnı iddia edir ki, 17 il ya prezident, ya da baş nazir vəzifəsində olan Putin həddindən artıq uzum müddətdir ki, hakimiyyətdədir. Müxalifət lideri bildirir ki, Putinin popularlığının səbəbi dövlət mediası və legitim opponentləri xaric edən seçki sistemidir.

Sabiq DTK  əməkdaşı Putin seçkilərdə müstəqil namizəd kimi iştirak edəcək. Müşahidəçilərin fikrincə, bu yolla o özünü siyasi fiqur yox, milli lider kimi təqdim etməyə çalışır. Dəstəkçiləri Putini milli qüruru bərpa etdiyi və Rusiyanın qlobal lider vəziyyətinə geri qaytardığı üçün tərifləyirlər. (Amerikanın Səsi)