XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

07 Yanvar 2018 - 17:05

İran parlamentinin qapalı iclası başlanıb –Ölkədəki etirazlar müzakirə olunur

İran parlamenti yanvarın 7-də qapalı iclasda hökumət əleyhinə aksiyaları müzakirə edir.

Fövqəladə iclası parlamentdəki islahatpərəst fraksiya çağırıb. İclasda etirazların səbəbi araşdırılır. İSNA agentliyinin məlumatına görə, iclasda daxili işlər naziri, İran kışfiyyatı və təhlükəsizlik şurasının rəhbərləri də iştirak etməlidir. İslahatçılar iclas zamanı etirazlar yatırılarkən həbs olunanların hüquqi müdafiəsinə imkan yaradılmasını təkilf ediblər.

Ölkədə hökumətə dəstək aksiyaları isə davam etdirilir. Bu barədə yanvarın 7-də dövlətə məxsus kütləvi informasiya vasitələri məlumat yayıb.Dövlət mediası hökumət əleyhinə mitinlər barədə məlumat yayılmasını dayandırıblar. İslam İnqilab Qvardiyası isə hökumət əleyhinə aksiyaların dayandırıldığını bildirir.

Amma Azadlıq Radiosunda olan məlumata görə, yanvarın 6-da paytaxt Tehran da daxil olmaqla İranın azı 9 şəhərində etiraz aksiyaları davam etdirilib. Azadlıq Radiosunun “Radio Fərda”xidməti yerli mənbələrdən Məşhəd, Qəzvin, Rəşd, Xomeyni və digər şəhərlərdə gecə vaxtı nümayişlər keçirilməsi barədə məlumatlar alıb. İranda keçirilən son etiraz aksiyaları zamanı azı 22 nəfər ölüb, 1700-dən çox adamsa həbs edilib.