XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 January 2018 - 17:16

Stokholmda baş vermiş partlayış terrorla əlaqədar deyil –Polisdən açıqlama

Polis Stokholmda metro stansiyası yaxınlığında baş vermiş partlayışın terrorçuluqla bağlı olmadığını bildirib.

"Report" xəbər verir ki, bu barədə "ABC" hüquq-mühafizə orqanlarına istinadən xəbər verib. " Partlayışın  terrorçuluqla heç bir əlaqəsi yoxdur", – deyə polisin nümayəndəsi hadisəni şərh edərkən bildirib.

Qeyd edək ki, hadisə Huiddinq rayonu ərazisində baş verib. Bəzi məlumatlara görə, bir nəfər yerdən naməlum əşyanı götürərkən partlayış olub. Hadisə zamanı 2 nəfərin xəsarət aldığı bildirilir.