XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 January 2018 - 20:06

Merkeldən hökumət qurmaq üçün yeni cəhd –Martin Şultsla kabinet yarada biəcəkmi?

Bu gün Berlində Xristian-Demokratlar İttifaqından (XDİ), Xristian Sosialistlər İttifaqından (XSİ) olan mühafizəkarlar, habelə Almaniya Sosial-Demokrat Partiyası (ASDP) arasında ölkənin yeni hökumətini yaratmaq haqqında ilkin danışıqlar başlanıb.

"Yaşıllar" və "Liberallar"la hakim koalisiya yaratmaq cəhdləri boşa çıxdıqdan sonra Sosial-Demkratlarla ittifaqın bərpa edilməsi parlament çoxluğuna malik hökumət formalaşdırmaqda XDS lideri, AFR kansleri Angela Merkel üçün yeganə real imkandır.

AZƏRTAC xəbər verir ki, XDS-nin sədri, hökumət başçısı səlahiyyətlərini icra edən Angela Merkel birinci görüşdən əvvəl jurnalistlərə müsahibəsində məsləhətləşmələrin uğurlu sonunun vacibliyini vurğulayıb, nəticələri nikbinliklə gözlədiyini bildirib. Qeyd edib ki, potensial tərəfdaşlar "çox tez, çox intensiv" işləməyə kökləniblər.

Kanslerin nikbinliyini bölüşən Bavariya partiyası XSİ-nin lideri Horst Zeehofer də "daha az danışmaq və daha çox işləmək" niyyətindədir. ASDP lideri Martin Şults seçicilərinə "nəticələri açıqlanacaq konstruktiv diaolq" vəd edib.

Eyni zamanda, Almaniya ictimaiyyətində əhval-ruhiyyə dəyişir. Mühafizəkarların və sosial-demokratların "böyük koalisiyası" əhali üçün keçmiş cəlbediciliyini itirir. Merkelin özünün də reytinqi aşağı düşür.