XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

07 Yanvar 2018 - 21:42

Əhmədinejadın həbsi xəbəri yalan çıxdı:“Bu məlumat həqiqətə uyğun deyil”

İranın sabiq prezidenti Mahmud Əhmədinejadın vəkii Adil Heydəri müştərisinin İslam Respublikası şəhərlərində keçirilən etirazlara verdiyi dəstəyə görə saxlanılmasına dair KİV-də yayılan məlumatları təkzib edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü "Erem news" xəbər portalı məlumat yayıb.

"Mənim müştərim, keçmiş prezident Mahmud Əhmədinejadın həbsinə dair məlumatlar həqiqətə uyğun deyil", – deyə Heydəri ərəb mətbuatında dərc olunan məlumatı şərh edib.

Rəsmi Tehran hələ ki, məsələ ilə bağlı təsdiq və ya təkzib verməyib.