XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021

Digər Xəbərlər

07 Yanvar 2018 - 22:48

Suriyada güclü partlayış –30 nəfər həlak oldu, 70 yaralı var - YENİLƏNİB

Suriyanın İdlib şəhərində güclü partlayış baş verib.

Reuters agentliyinin verdiyi xəbərə görə, şəhərdə minalanmış avtomobil partladılıb. İlkin məlumata əsasən, insident nəticəsində 18 nəfər ölüb. Digər təfərrüatlar barədə hələ ki, məlumat verilmir. (APA)

***

Suriyanın İdlib şəhərində baş verən güclü partlayışlar nəticəsində 30 nəfər ölüb, daha 70 insan yaralanıb.

“Report” xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Agentlik şəhərdə avtomobillərin park edildiyi ərazidə ard-arda 4 partlayışın qeydə alındığını yazıb.

"Sky News Arabiya"nın məlumatına görə, İdlibdə minalanmış avtomobil partladılıb. Partlayış Qafqaz qruplaşması adlanan qərargahın yaxınlığında baş verib.