İraq parlamenti ABŞ Prezidenti Donald Trampın Qüds qərarını qınayan qanun layihəsini təsdiq edib.
Bu barədə İraq parlametində üstünlük təşkil edən Milli Koalisiya Partiyasının millət vəkili Əli əs-Safi məlumat yayıb. O bildirib ki, sözügedən qanun layihəsi səs çoxluğu ilə qəbul edilib:
“Millət vəkilləri ABŞ-ın qərarının bütün dinlərə qarşı təxribat xarakterli addım olması və beynəlxalq təhlükəsizliyə təhdid yaratması haqda ortaq qənaətə gəliblər. Bu qərarla biz Qüdsün Fələstinin əbədi paytaxtı olmasını vurğuladıq”.(axar.az)