XƏBƏR LENTİ

01 İyun 2020

Digər Xəbərlər

08 Yanvar 2018 - 10:07

Macarıstanın baş naziri miqrantları pislədi:"Onlar msəlman işğalçılarıdır"

Macarıstan baş naziri Viktor Orban Avropaya gələn miqrantları "müsəlman işğalçıları" adlandırıb və bəyan edib ki, ölkəsi qaçqınları qəbul etmək niyyətində deyil.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, V.Orban bu barədə “Welt” nəşrinə deyib.

"Biz bu insanları qaçqın deyil, müsəlman işğalçıları hesab edirik", deyə baş nazir bildirib. Macarıstan hökumətinin başçısının sözlərinə görə, qaçqın axını dövlət daxilində "paralel icmaların" meydana gəlməsinə səbəb ola bilər.

Ötən ilin sonunda Avropa Komissiyası miqrantların köçürülməsi proqramı çərçivəsində qaçqınları qəbul etməkdən imtina etdiklərinə görə Macarıstan, Polşa və Çexiyanı məhkəməyə verib.