XƏBƏR LENTİ

01 İyun 2020

Digər Xəbərlər

08 Yanvar 2018 - 18:25

Vladimir Putinin seçki kampaniyasının xərcləri məlum olub –MSK açıqladı

Bu il Rusiyada keçiriləcək prezident seçkilərinə fərdi qaydada qatılacaq dövlət başçısı Vladimir Putin yanvarın 5-dək seçki fonduna daxil olan 400 milyon rubldan çox vəsaitin 13,4 milyon rublunu seçki kampaniyasına xərcləyib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasından (MSK) bildiriblər.

MSK-nın məlumatlarına görə, V.Putinin seçki fonduna həmin vaxta qədər 400 milyon 30 min 934,98 rubl daxil olub, seçki fondundan xərclər isə 5 yanvar tarixinə 13 milyon 409 min 230,46 rubla bərabər olub. Daha əvvəl MSK artıq seçki hesablarını açan 13 namizədin seçki fondlarının gəlir və xərclər bölmələri barədə məlumatlar yayıb. Məlumatlar 5 yanvar tarixinə əsasən verilir.

Xatırladaq ki, bundan əvvəl MSK fərdi qaydada prezidentliyə namizədlərin sənədlərinin qəbulunun başa çatdığını elan edib.