XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 January 2018 - 22:50

ABŞ təyyarəsi Krım yaxınlığında göründü –İtaliyadakı hava bazasından qalxıb

ABŞ donanmasına aid bir casus təyyarəsi Ukraynanın Krım yarımadasına yaxınlaşıb.

Axar.az xəbər verir ki, Mil Radarın verdiyi məlumatda ABŞ-a məxsus P-8A Poseydon təyyarəsinin Krıma yaxınlaşdığı bildirilib. İtaliyanın Siciliya bölgəsində yerləşən Siqonella hərbi bazasından havaya qalxaraq Krım yarımadasına doğru irəliləyən P-8A Poseydon Çernomorsk və Rusiya Qara dəniz donanmasının yerləşdiyi Sevastopol şəhərləri yaxınlığında bir neçə dəfə fırlanıb.