XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 April 2015 - 13:09

Cəmil Çiçək: “Türkiyə Rusiyanı etibarlı tərəfdaş sayır”

Türk parlamentariləri Tatarıstana da gedəcək

Türkiyə parlamentinin sədri Cəmil çiçək bu gün Moskvada Rusiya Dumasının spikeri Sergey Narışkinlə görüşündə bildirib ki, “Türkiyə Rusiyanı həm bölgəsəl, həm də kürəsəl planda etibarlı tərəfdaş sayır”.

Strateq.az Rusiya KİV-ə isnadən xəbər verir ki, çiçək deyib: “Münasibətlərimizin necə fəal şəkildə inkişaf etməsinə şadıq. ölkələrimizin başçıları arasında hərarətli dostluq münasibətləri formalaşıb ki, bu da ticari-iqtisadi əlaqələrimizə müsbət təsir göstərir”.

Türk parlamentariləri Rusiyada üç gün qalacaqlar. Səfər çərçivəsində onların Kazana baş çəkəcəyi və Tatarıstan Dövlət Şurası ilə Türkiyə parlamenti arasında qarşılıqlı anlaşma və münasibətlərin inkişafı barədə müqavilə imzalanacağı gözlənilir.