XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 January 2018 - 10:12

Türkiyədə yük maşını qatarla toqquşdu- Yaralılar var

Türkiyənin qərbində Kutahiyə vilayətində yük maşını yük qatarı ilə toqquşub.

Trend-in məlumatına görə, qəza nəticəsində yük maşınında olan 2 nəfər xəsarət alıb. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.

Qəzanın hansı səbəbdən baş verməsi hələ məlum deyil. Polis araşdırmaya başlayıb.

Qeyd edək ki, son 10 il ərzində Türkiyədə yol-nəqliyyat hadisələrində təxminən 42 min nəfər həyatını itirib.