XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

10 Yanvar 2018 - 11:22

Ərdoğan və Baxçalı görüşəcək- Prezident seçkilərinin detallarını müzakirə edəcəklər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və müxalif Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı prezident seçkilərinin detallarını müzakirə edəcəklər.

Trend-in məlumatına görə, görüşün sabah yerli vaxtla saat 16:00-da keçiriləcəyi gözlənilir.

Bundan əvvəl D.Baxçalı bəyan etmişdi ki, MHP seçkilərdə Prezident R.T.Ərdoğanı dəstəkləyəcək.

Bu bəyanata cavab olaraq dövlət başçısı müxalif liderlə istənilən mövzunu müzakirə etməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, 2019-cu ildə Türkiyədə prezident, parlament və bələdiyyə seçkiləri keçiriləcək. Prezident və parlament seçkilərinin bir gündə keçiriləcəyi gözlənilir.