XƏBƏR LENTİ

01 İyun 2020

Digər Xəbərlər

10 Yanvar 2018 - 14:25

Tunisi etirazlar bürüdü- Kütləvi aksiyalar keçirilir

Tunisin bir neçə şəhərində ölkədə qiymət artımına etiraz olaraq kütləvi aksiyalar keçirilib.

Trend-in məlumatına görə, aksiyalar zamanı etirazçılarla polis arasında qarşıdurma yaranıb. Məlumata görə, qarşıdurmalarda 50-yə yaxın polis xəsarət alıb.

Tunis Daxili İşlər Nazirliyi 206 nəfərin saxlandığı barədə məlumat yayıb. Ölkənin şimalındakı Teburba şəhərində isə 1 etirazçının ölümü barədə xəbərlər yayılıb.

Qeyd edək ki, paytaxt Tunisdə və digər şəhərlərdə etirazlar iki gündür ki, davam edir. Etirazçılar vergilərin artırılmasına etiraz edirlər. Onlar həmçinin işsizlik probleminin həll olunmasını tələb edirlər.