XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

10 Yanvar 2018 - 19:07

Etirazların keçirilməsi üçün xüsusi park yaradılacaq- Tehranda

Tehran meriyası etirazların keçirilməsi üçün xüsusi parkın yaradılması ideyasını bəyənib.

Bu barədə Trend "Mehr" agentliyinə istinadən məlumat verir.

Müvafiq qərarın meriyanın İranda etiraz aksiyalarına həsr olunmuş sonuncu iclasında qəbul edildiyi bildirilir.

Yeni parkda arzu edən hər bir vətəndaş onu narahat edən istənilən mövzunu azad şəkildə publikanın diqqətinə çatdıra bilər.

Bu parkın Londondakı "Hayd Park"a bənzəyəcəyi deyilir.