XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 January 2018 - 21:32

İran XİN rəhbəri:"Tehran bəzi ölkələrin nüvə razılaşması ilə bağlı destruktiv siyasət yürütdüyünə təəssüf edir"

“Rəsmi Tehran bir neçə ölkənin nüvə razılaşması ilə bağlı destruktiv siyasət yürütdüyünə görə təəssüf edir”.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşü zamanı deyib.

Nazir Tehranın həmin ölkələrin razılaşmanı yerinə yetirmədiklərinə görə təəssüfləndiyini qeyd edib.  

O bildirib ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik dəfələrlə İranın razılaşmanı yerinə yetirməsinə sadiq olduğunu bəyan edib: “İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı üzrə razılaşmanın gələcəkdə icrasına əmin olmaq üçün razılaşma tərəfləri sıx işləməlidir”.