XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

10 Yanvar 2018 - 20:51

Mərakeş ordusu döyüş hazırlığı səviyyəsinə gətirilib- Bu səbəbdən

Mərakeş ordusu “Polisario” separatçı təşkilatının fəaliyyəti nəticəsində Mavritaniya ilə sərhəddə yaranan gərginliyə görə döyüş hazırlığı səviyyəsinə gətirilib.

Azərtac xəbər verir ki, Qərbi Saxarada fəaliyyət göstərən separatçı “Polisario” təşkilatının son vaxtlar fəallaşması və Mərakeş-Mavritaniya sərhədində qanunsuz nəzarət-keçid məntəqələri qurması gərginliyə səbəb olub. Mərakeş “Polisario”nun son vaxtlar atdığı addımları BMT Təhlükəsizlik Şurasının qərarlarına hörmətsizlik və 1991-ci ildə əldə olunan atəşkəs razılaşmasına zidd hesab edir.

Mərakeş ordusu döyüş hazırlığı səviyyəsinə gətirilib və Mavritaniya ilə sərhəddəki Gergerat bölgəsi yaxınlığında toplanıb. Bölgəyə helikopterlər və hərbi texnika cəlb olunub.