Nemtsovla vidalaşma mərasimi başlayır

Bu gün Moskvada müxalifətçi Boris Nemtsovla vida mərasimi keçirilir.
ANS PRESS-in məlumatına görə, bir saat bundan qabaq Saxarov mərkəzində vətəndaş panixidası başlayıb.
Bir neçə saatdan sonra isə Boris Nemtsov Moskvanın Troekurovsk məzarlığında dəfn ediləcək.
Dəfn mərasimində Nemtsovun yaxınları ilə yanaşı, onun həmkarları və keçmiş siyasi rəqibləri, eləcə də Avropa Birliyinə üzv 28 ölkənin nümayəndələri iştirak edəcək.
Xatırladaq ki, B.Nemtsov fevralın 28-də gecə saatlartında qətlə yetirilib. Onun bədənində 4 güllə yarası olub.