Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı 2017-ci ildə zərərsizləşdirilən terrorçuların sayını açıqlayıb.
APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, keçən il 3239-u PKK, 3777-i İŞİD terrorçusu olmaqla, 7016 terrorçu zərərsizləşdirilib. Zərərsizləşdirilən PKK terrorçularından 46-sı terror təşkilatının lider kadrıdır.
FETÖ terror təşkilatı ilə mübarizə çərçivəsində 9238 hərbçi Türkiyə Silahlı Qüvvələrindən xaric edilib, 5399 hərbçi həbs olunub.