Hindistanın qərbində Maxaraştra ştatının Daxanu şəhəri sahillərində qayıq aşıb.
Trend-in məlumatına görə, qəza nəticəsində azı 4 uşağın öldüyü barədə xəbər verilib.
Məlumata görə, insident vaxtı qayıqda 40 uşaq olub, 25 nəfəri xilas etmək mümkün olub.
Digər uşaqların taleyi məlum deyil. İtkin düşənlərin tapılması istiqamətində axtarış-xilasetmə işləri davam etdirilir.
Qəzanın hansı səbəbdən baş verməsi hələ məlum deyil.