XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 January 2018 - 19:12

Tbilisi aeroportunda bəzi aviareyslər ləğv olunub- Qatı dumana görə

Qatı duman səbəbindən Tbilisi beynəlxalq hava limanının fəaliyyətində problem yaranıb.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, hava limanında reyslərin qəbulu və göndərilməsində gecikmələr yaranıb, 5 reys isə ləğv olunub.

Moskva-Tbilisi və Kiyev-Tbilisi reyslərini yerinə yetirən təyyarələr Kutaisi aeroportuna yönəldilib. 

Tbilisi hava limanının reyslərin gəliş cədvəlinə əsasən, aeroport bu gün axşam saatlarında Bakıdan reys qəbul etməlidir.