XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 January 2018 - 21:37

Ukraynada benzinin qiyməti 20 faiz artıb- Son 5 ayda

2017-ci ilin avqustundan 2018-ci il yanvarın ortalarına qədər Ukraynada benzinin qiyməti 4-5 qriven bahalaşıb ki, bu da rekord göstəricidir.

Azərtac xəbər verir ki, hazırda Ukraynada bir çox şirkətlərə məxsus yanacaqdoldurma məntəqələrində A-92 markalı benzin 30,95, A-95 – 31,95, A-95 “Premium”-32,95 və dizel yanacağı 29,45 qrivenə satılır (1 dollar 28,45 qrivendir).

Ekspertlər Ukraynada benzinin qiymətinin yay aylarına qədər yenə artacağını proqnozlaşdırırlar.

Yanvarın sonuna qədər isə yanacağın qiymətinin daha 1-1,5 qriven artacağı qeyd edilir.