XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 January 2018 - 10:25

ABŞ-da daha bir istefa –Dövlət katibinin qaçqın məsələləri üzrə müavini vəzifədən getdi

ABŞ dövlət katibinin qaçqın məsələləri üzrə müavini Saymon Henşou istefa verib.

Bu barədə diplomatın öz həmkarlarına yazdığı elektron məktuba istinadən "Reuters" məlumat yayıb.

O öz postunu bir neçə gündən sonra tərk edəcək.

Henşounun sözlərinə görə, onun gedişi qaçqınların ölkəyə girişini məhdudlaşdıran ABŞ prezidenti Donald Trampın siyasəti ilə bağlı deyil. Diplomat bu addımını hər iki-üç ildən bir iş yerini dəyişmək vərdişinin olması ilə izah edib/Report.