Əfqanıstanın Nanqarhar vilayətində xarici ölkə hərbçilərinin pilotsuz uçuş aparatı vasitəsilə endirilmiş zərbələr nəticəsində İŞİD terror qruplaşmasının azı 17 döyüşçüsü məhv edilib.
Bu barədə "Tolo News" yerli hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
Qeyd edilir ki, əməliyyat Açin və Haska-Mina kəndlərində keçirilib. Həmin ərazilərdə silahlıların sığınacağı da məhv edilib.
Məlumata görə, terrorçulardan 14-ü Açində, daha 3-ü Haska Minedə öldürülüb/Report.