Roma Papası I Fransisk həqiqətən də nüvə müharibəsindən qorxduğunu bəyan edib.
Trend-in məlumatına görə, Roma Papası bunu Cənubi Amerikaya səfərindən əvvəl hava limanında deyib.
Papa qeyd edib ki, dünya nüvə müharibəsinin astanasındadır: "Münaqişənin başlaması üçün kiçik bir insident də kifayətdir. Ona görə də atom silahlarını məhv etmək və silahlanmanın dayandırılması üçün tədbirlər görmək lazımdır".
Qeyd edək ki, bu gün I Fransiskin Çili və Peruya səfəri başlayıb. Bu, Roma Papasının fəaliyyətə başladığı gündən 22-ci beynəlxalq səfəridir.