XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 January 2018 - 18:56

“Bizim ürəyimiz hələ də Britaniya üçün açıqdır” –Donald Tusk

“Böyük Britaniya hələ də "Brexit"lə bağlı qərarını dəyişib, Avropa İttifaqında qala bilər”.
 
Bu sözləri Avropa İttifaqı Şurasının sədri Donald Tusk Avropa Parlamentindəki çıxışı zamanı deyib.

O bildirib ki, əgər Britaniya hökuməti öz qərarını dəyişməsə, "Brexit" öz mənfi nəticələri ilə birgə Britaniya hökuməti üçün reallığa çevriləcək. 
 
D. Tusk Böyük Britaniyanın "Brexit" işləri üzrə müzakirəçisi David Devisin sözlərini xatırladıb: “O, özü demişdi ki, əgər bir demokratiya öz qərarını dəyişdirə bilmirsə, o, demokratiya olmaqdan çıxıb. Bizim ürəyimiz hələ də Britaniya üçün açıqdır”. 

APA