XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

17 Yanvar 2018 - 14:15

Avtomobillərdə pərdə və plyonkaya qadağanın ləğvi təklif olunur- Türkiyədə

Türkiyədə avtomobillərdə pərdə, jalüz və plyonkadan istifadəyə olan qadağanın ləğvi üçün danışıqlar aparılır.

Trend-in məlumatına görə, bunu Türkiyənin elm, sənaye və texnologiya naziri Faruk Özlü deyib.

F.Özlü qeyd edib ki, bir nazir olaraq bu qadağanın ləğvinin tərəfdarıdır: “Hazırda bu məsələ ilə bağlı rəhbərlik etdiyim qurum və Nəqliyyat, Gəmiçilik və Rabitə Nazirliyi arasında danışıqlar aparılır”.

Qeyd edək ki, Türkiyədə avtomobillərdə pərdə, jalüz və plyonkadan istifadəyə qadağa 1997-ci ildən tətbiq edilir. Avtomobillərdə pərdə və jalüzlərin istifadəsinə görə sürücülər 206 lirədən 427 lirəyə qədər cərimələnirlər.