XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

17 Yanvar 2018 - 16:08

Çin BƏƏ vətəndaşları üçünvizasız rejim tətbiq edib

Çin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vətəndaşları üçün vizasız rejim tətbiq edib. “ArabianBusinesscо” nəşri BƏƏ-nin Xarici İşlər və Beynəlxalq Kooperasiya Nazirliyinə istinadla xəbər verir ki, vizasız rejim bu gündən etibarən 30 gün ərzində BƏƏ vətəndaşlarının Çin ərazisində sərbəst yerdəyişməsinə imkan verəcək.

Azərtac xəbər verir ki, bu qərar Çin ilə BƏƏ arasında ikitərəfli əlaqələrin möhkəmlənməsinə, ticari və turizm əlaqələrinin təşviqinə yönəlib.

Hazırda bu iki ölkənin şəhərləri arasında həftədə 60 aviareys həyata keçirilir, 2017-ci ilin birinci yarısında ikitərəfli ticarətin həcmi 20,25 milyard dollara çatıb.