XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 January 2018 - 18:08

Türkiyədə hərbi təlim təyyarəsi qəzaya uğrayıb- Ölənlər var

Türkiyənin cənub-qərbində yerləşən İsparta vilayətində CASA tipli hərbi təlim təyyarəsi qəzaya uğrayıb.

Azərtac Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, hadisə nəticəsində üç nəfər həlak olub.

Vilayət valisi Şehmus Günaydın qəzanın Yalvaç rayonunun Kaşıkara bölgəsində baş verdiyini deyib. Bu bölgə çətin keçilən dağlıq ərazidə yerləşir.

Türkiyə Silahlı Qüvvələrinin Baş qərargahından verilən yazılı açıqlamaya əsasən, yerli vaxtla saat 11:03-də planlı təlim məqsədilə havaya qalxan təyyarə ilə əlaqə saat 12:50-də kəsilib. Bunun ardından axtarış xilasetmə əməliyyatı başlayıb. Saat 14:30 radələrində Egirdir gölünün şimalında təyyarənin qalıqları və üç ekipaj üzvünün cəsədləri aşkarlanıb.

Qəza zamanı təlim təyyarəsinin göyərtəsində iki pilot və texnik olub.