İraq Kürdüstan Regional Rəhbərliyi (İKRR) 2017-ci ilin ilk 6 ayında neft ixracından təxminən 3 milyard 328 milyon ABŞ dolları gəlir əldə edib.
Azərtac xəbər verir ki, bu barədə dünyanın aparıcı audit şirkətlərindən olan “Deloitte” İKRR-in hesabatına əsasən məlumat yayıb. Bildirilir ki, Ərbil rəhbərliyi keçən ilin ilk 6 ayında Kərkük də daxil olmaqla öz bölgəsindəki quyulardan ayda 550 min barrel nefti Kərkük-Ceyhan boru kəməri vasitəsilə ixrac edib. Bir barrel nefti təxminən 40 dollara satan İKRR-in 2017-ci ilin yanvar-iyun aylarındakı neft gəlirinin 3,3 milyon dollar olduğunu qeyd edilib.
Xatırladaq ki, İraqın mərkəzi hökuməti və müxalifət partiyaları tərəfindən neft gəliri və satışının şəffaf aparılmadığı ilə təqsirləndirilən Ərbil rəhbərliyi ABŞ-ın “Deloitte” şirkəti ilə İKRR-in neft gəlirlərinə auditini aparması üçün razılaşma imzalayıb.