XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

15 Aprel 2015 - 06:35

ŞƏT Bakıya tərəfdaşlıq statusu təklif edəcək

ŞƏT 2001-ci ildə Şanxayda yaradılmış bölgəsəl beynəlxalq qurumdur

Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Azərbaycana dialoq üzrə tərəfdaşlıq statusu təklif etmək fikrindədir.

Strateq.az İTAR-TAAS-a isnadən bildirir ki, RF Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib:

“Bz Hindistan, İran və Pakistanın qəbulu barədə ərizələrin müzakirəsini keçirdk, həmçinin Belorusiyaya müşahidəçi statusu, Azərbaycanla Ermənistana isə dialoq üzrə tərəfdaşlıq statusu təklif etmək niyyətindəyik”

ŞƏT 2001-ci il iyunun 15-də Şanxayda yaradılmış bölgəsəl beynəlxalq qurumdur. Rusiya, Qazaxıstan, Qırğızıstan, çin, Tacikistan və özbəkistan qurumun üzvüdür. Əfqanıstan, Hindistan, İran, Monqolustan və Pakistan müşahidəçi, Belorusiya, Türkiyə və Şri-Lanka isə “dialoq üzrə tətəfdaş”dır.