PKK terror təşkilatının Suriya qolu olan YPG silahlıları Menbiç bölgəsinə gəlib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, onların yaxın zamanlarda başlanması gözlənilən Afrin əməliyyatlarında yerli PYD terrorçularına yardım edəcəyi bildirilib.
Görüntülər sosial şəbəkədə paylaşılıb. Fotolarda terrorçuların avtomobil karvanı əks edilib. Dinc sakinlər isə zorla küçələrə çıxarılır.