Suriyanın şimalında daha əvvəl “Sərhəd təhlükəsizliyi qüvvəsi”nin yaradılacağı ilə bağlı açıqlamamız ordu, yaxud hərbi birləşmə anlamına gəlmir.
Bu sözləri ABŞ-ın İŞİD-ə qarşı koalisiyasının sözçüsü Ryan Dillon deyib.
“Suriyada yerli qüvvələrə verdiyimiz təlimlər davam edir. Bu təlimlərimizin məqsədi evlərindən didərgin düşmüş insanların geri qaytarılmasını təmin etmək və İŞİD-in azad edilmiş ərazilərdə yenidən peyda olmasının qarşısını almaqdır. Biz burada ordu yaratmaq fikrində deyilik”, – Dillon bildirib.
Dillon eyni zamanda bildirib ki, Türkiyənin bununla bağlı narahatlığı anlaşılandır və İŞİD-ə qarşı mübarizədə şəffaflıq qorunacaq/Axar.az.