XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 January 2018 - 13:04

Sərkisyan siyasi varisinin adını açıqladı –Hakim partiya niyə diplomatı seçdi?

Ermənistanda hakim Respublika Partiyasının prezidentliyə namizədinin adı açıqlanıb.

APA-nın “Aysor.am”a istinadən verdiyi məlumata görə, bu gün Ermənistan prezidenti Serj Sarkisyan bəyan edib ki, yeni namizəd Ermənistanın Böyük Britaniyadakı səfiri Armen Sərkisyan olacaq.

A. Sərkisyan 2013-cü ildən Ermənistanın Böyük Britaniyadakı səfiridir. O,1996-1997-ci illərdə Ermənistanın baş naziri olub. Hazırki prezidentin səlahiyyət müddəti bu il aprelin 9-da bitir. Yeni prezident parlament tərəfindən 7 il müddətinə seçiləcək.

Prezident seçkisinin martın 2-də keçirilməsi gözlənilir.