XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 January 2018 - 10:22

Türkiyədə avtobus qəzası:13 ölü, 42 yaralı

Türkiyədə baş vermiş avtobus qəzası nəticəsində 13 nəfər həlak olub, 42 nəfər yaralanıb.

Azərtac Anadolu Agentliyinə istinadən xəbər verir ki, hadisə Ankaradan Bursaya gedən sərnişin avtobusunun Əskişəhər ərazisində yolun kənarındakı ağaclara çırpılması nəticəsində baş verib.

Yaralılar xəstəxanalara çatdırılıb. Hadisə ilə bağlı araşdırma aparılır.