XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

20 Yanvar 2018 - 10:43

Odessada silahlı insident:3 nəfər ölüb

Ukraynanın Odessa şəhərində polislərlə silahlı şəxs arasında baş verən atışma nəticəsində 3 nəfər ölüb. Onlardan biri polis əməkdaşı olub.

Azərtac xəbər verir ki, bu barədə Odessa Milli Polisinin rəhbərinin müşaviri Ruslan Forostyak məlumat verib.

Silahlı əməliyyat zamanı silahlı şəxs və onun yaxını, xəstəxanaya ağır vəziyyətdə yerləşdirilən polis həyatını itirib. Hadisə zamanı daha iki polis xəsarət alıb.

Zərərsizləşdirilən silahlının cibindən 4 qranat tapılıb. Həmin şəxs silahdan bir neçə dəfə istifadəyə görə axtarışda idi.