XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 January 2018 - 13:52

Demokratların Senatdakı lideri Trampı qurumların bağlanmasındaittiham edib

"ABŞ-ın federal qurumlarının bağlanmasına görə bütün günah ölkə prezident Donald Trampdadır".

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bunu Demokratlar Partiyasının ABŞ Senatındakı lideri Çak Şumer deyib.

"Məhz D.Tramp istəmədiyi üçün respublikaçı əksəriyyət büdcə məsələsində demokratlarla razılaşmayıb", – Ç.Şumer bildirib.

Ç.Şumer həmçinin bu gün danışıqları bərpa etməyə çağırıb.

Qeyd edək ki, ABŞ-ın federal qurumları maliyyələşdirilmənin kəsilməsi səbəbilə 2013-cü ildən bəri ilk dəfə fəaliyyətini dayandırıb.

Ağ Evdən bildiriblər ki, baş verənlərə görə Demokratlar Partiyasından olan deputatlar günahkardır.