XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

20 Yanvar 2018 - 15:53

Əbdülfəttah əs-Sisi yenidən prezident olmaq istəyir- Namizədliyini irəli sürəcək

Misir Prezidenti Əbdülfəttah əs-Sisi ölkədə qarşıdan gələn dövlət başçısı seçkilərində namizədliyini irəli sürmək niyyətini açıqlayıb. O, bunu son dörd ildə prezident vəzifəsində fəaliyyətinin nəticələrinə həsr olunmuş konfransın sonuncu iş günü misirlilərin suallarını cavablandırarkən bəyan edib.

63 yaşlı Əbdülfəttah əs-Sisi “Müsəlman qardaşlar” assosiasiyasının nümayəndəsi Məhəmməd Mursi 2013-cü ildə hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra – 2014-cü ildə ölkə prezidenti seçilib.

Misirdə prezident seçkilərinin birinci turu martın 26-28-də keçiriləcək. Əgər namizədlərdən heç biri səslərin mütləq əksəriyyətini toplamasa, aprelin 26-28-də ikinci tur keçiriləcək. Namizədlərin qeydiyyatı yanvarın 20-dən 28-dək aparılacaq.

Qeyd edək ki, artıq bir sıra siyasi qüvvələr Əbdülfəttah əs-Sisinin namizədliyini dəstəkləməyə hazır olduqlarını bildiriblər(azərtac).