XƏBƏR LENTİ

26 Noyabr 2020

Digər Xəbərlər

20 Yanvar 2018 - 16:25

Ermənistan prezidenti Fransaya gedir- İşgüzar səfərə

Ermənistan prezidenti Serj Sarqsyan yanvarın 22-24-də Fransaya işgüzar səfər edəcək.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, səfər çərçivəsində S.Sarqsyan yanvarın 22-23-də Fransa prezidenti Emmanuel Makron, Senatın rəhbəri Jerar Larşe, Milli Assambleyanın sədri Fransua de Rüji, eləcə də Fransa-Ermənistan parlament dostluq qrupunun üzvləri ilə görüşəcək.

Sarqsyan yanvarın 24-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında iştirak edəcək. O, sessiyada çıxış edəcək və deputatların suallarını cavablandıracaq.