XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

20 Yanvar 2018 - 16:45

Çində dünyanın ən böyük hava təmizləyicisi işə düşüb- VİDEO

Çinin şimal-qərbindəki Sian şəhərində nəhəng hava təmizləyicisi test rejimində işə düşüb.

Bu barədə "Report" "South China Morning Post"a istinadən xəbər verir.

Qurğu yüz metrlik qüllə şəklində hazırlanıb. Hava sistemə daxil olduqdan sonra Günəş enerjisi ilə qızdırılmaqla qüllə üzrə yuxarı hərəkət edir və bir çox filtrdən keçir. Sistem ətrafında inşa edilmiş istilik stansiyalarının hesabına fəaliyyət göstərir.

Hava təmizləyicinin yaradıcıları dünyada bunun analoqunun olmadığını iddia edirlər. Nəşrin yazdığına görə, Sian Çinin ən çirkli şəhərləri sırasında ilk onluqda qərarlaşıb.