XƏBƏR LENTİ

01 İyun 2020

Digər Xəbərlər

20 Yanvar 2018 - 19:18

Türkiyəli baş redaktor:"20 yanvarda törədilən qırğın hərbi cinayətdir"

1990-cı ildə Azərbaycanın azadlığı uğrunda mübarizədə şəhid olan və bu yolda canını əsirgəməyənlər əsla unudulmayacaqlar.

Bunu Trend-ə açıqlamasında Türkiyənin "Bölgepostası" qəzetinin baş redaktoru, “Milat” qəzetinin köşə yazarı Ufuk Çoşkun bildirib.

U.Çoşkun qeyd edib ki, 1990-cı ildə sovet ordusu Bakıda dinc vətəndaşlara qarşı misli görülməmiş qanlı qırğın törətdi:

”Sovet ordusunun dinc insanlara qarşı törətdiyi qırğın hərbi cinayətdir. Türkiyə hər zaman olduğu kimi, azərbaycanlı qardaşlarının bu ağrılı günündə də onlarla bir yerdə olacaq”.

Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başladı. Faciə zamanı 137 insan öldürüldü, 744 adam ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir.