XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 January 2018 - 10:22

Kabildə silahlılar otelə hücum edib- 35 nəfər ölüb

Əfqanıstanın paytaxtı Kabildə silahlılar Intercontinental Hotel mehmanxanasına hücum ediblər.

Azərtac xəbər verir ki, yerli 1TV telekanalının yaydığı məlumata görə, hücum nəticəsində 35 nəfər ölüb və yaralanıb. Həlak olanların və zərər çəkənlərin dəqiq sayı məlum deyil. Müxtəlif məlumatlara əsasən, hücum üç və ya dörd terrorçu-kamikadze tərəfindən həyata keçirilib.

Əfqanıstan Daxili işlər Nazirliyinin nümayəndəsi Tolo telekanalına bildirib ki, hücum edənlərdən biri öldürülüb. Hazırda otel binasında azı üç terrorçu var. İkinci mərtəbədə yanğın başlayıb

Hadisə yerinə gələn güc strukturları ilə silahlılar arasında atışma davam edir. Otelin yerləşdiyi ərazi polis tərəfindən mühasirəyə alınıb.